Dieqo Qodin “İnter”ə keçibbackend

Dieqo Qodin “İnter”ə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, cənubi amerikalı müdafiəçi Milanın “İnter” klubu ilə anlaşıb.

2010-cu ildən İspaniya “Atletiko”sunda çıxış edən futbolçu yeni komandasına azad agent kimi keçib. O, doqquz il şərəfini qoruduğu Madrid təmsilçisinin heyətində 277 oyunda 17 qol vurub. D.Qodin İspaniya çempionatının, kubokunun və Superkubokunun qalibi olub, iki dəfə Avropa Liqası, üç dəfə UEFA Superkubokunu qazanıb.

Qeyd edək ki, Uruqvay yığmasında 126 oyun keçirən 33 yaşlı müdafiəçi bu göstəricidə rekordçudur.

İnterpress.az