“Lukoil” Xəzər dənizindəki yataqlarını aktiv inkişaf etdirirbackend

“Lukoil” Xəzər dənizindəki yataqlarını aktiv inkişaf etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkətdən verilən məlumata görə, söhbət V. Filanovski adına, Y. Korçagin adına və \”Rakushechnoye\” yataqlarından gedir.

Hazırda “Rakuşeçnoye” yatağında stasionar platformanın tikintisi aparılır. Burada hasilatın başlanılması 2023-cü ilə nəzərdə tutulub. Platformadan illik hasilat 1,2 mln. ton səviyyəsində proqnozlaşdırılır.

V. Filanovski adına yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində iki yeni hasilat quyusu qazılıb. 2018-ci ildən burada illik hasilat 6 mln. ton səviyyəsində saxlanılır.

Bundan əlavə, Y. Korçagin adına yatağının ikinci mərhələsi çərçivəsində dördüncü quyunun tikintisi başa çatıb. Qazma proqramının reallaşdırılması nəticəsində bu ilin birinci rübündə yataqda neft istehsalını 27% artırmaq mümkün olub.

İnterpress.az