“Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir”- Əli Əhmədovbackend

“Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir”- Əli Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ilə görüşündə deyib.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə toxunan Əli Əhmədov ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən də danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş nazirin müavini Özbəkistanın bu məsələdə Azərbaycanın yanında olmasından məmnunluğunu ifadə edib.

Aziz Abduxakimov da, öz növbəsində, ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Dediyinə görə, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası buna bariz nümunədir.

İnterpress.az