Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclası bu ilin sonunda keçiriləcək- Azpromobackend

Azərbaycan-Hindistan hökumətlərarası komissiyanın iclası bu ilin sonunda keçiriləcək- Azpromo

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi mütləq şəkildə biznes nümayəndələri ilə Hindistana səfər edəcək.

\”İclas çərçivəsində məhsulların ixracı, idxalı, investorların Azərbaycana cəlb olunması, qarşılıqlı yatırım məsələləri çox ciddi formada müzakirə oluna bilər\”, – deyə Y.Abdullayev qeyd edib.

O həmçinin əlavə edib ki, Bakıda təşkil olunan bugünkü biznes forumda 30 Hindistan və 60 Azərbaycan şirkətləri iştirak edir.

Komissiyanın keçiriləcəyi şəhərə gəldikdə, Y. Abdullayev əlavə edib ki, hazırda bu məsələ müzakirə predmetidir. Tədbirin keçiriləcəyi şəhərlərin sırasında Dehli və Mumbay səhərləri var: \”Hazırda Hindistanda biznesin toplaşdığı yer məhz Mumbay şəhəridir. İstisna deyil ki, bu həmçinin Banqalor şəhəri də ola bilər. Belə ki, məhz bu şəhər Hindistanın \”Silikon vadisi\” adlandırılır. Əlbəttə, səfər zamanı Azərbaycan heyətinin İT şirkətlərin nümayəndələri də qatılacaq\”.

İnterpress.az-ın