Tale Bağırzadənin və Əli Kərimlinin ortaq tulaları var- Fazil Mustafabackend

Tale Bağırzadənin və Əli Kərimlinin ortaq tulaları var- Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bu barədə sosial şəbəkələrdə paylaşım edib:

Tale Bağırzadənin və Əli Kərimlinin ortaq tulaları var. Bunlar iki qardaşdırlar. Hər ikisi də sosial şəbəkədə əleyhimizə total böhtançılıq kampaniyası aparırlar. Adları da Xaliq Bahadır və Rövşən Hacıbəyli. İkisi də \”Azadlıq\” qəzetində Əbülfəz Elçibəyin əleyhinə hər cür şərəfsizliyə qol qoymuş simasızlardır. Bu gün baxıram ki, Rövşən Hacıbəyli bir status paylaşıb və mənim də şəkilimi burada yerləşdirərək şəxsimizi ermənilərə işləməkdə suçlayıb.

\”AŞPA-nın dünənki iclasında Rusiyanın bu quruma qayıtmasını dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətnamənin, yəni Rusiyanın lehinə səs verib.
Ukrayna torpaqlarını işğala görə Rusiya AŞPA-da səsvermə və nümayəndələrinin çıxışı hüququndan məhrum edilmişdi – 2014-cü ildə.
Qarabağın işğalına dolayısıyla dəstək verən deputatlarımız. Onları siz də tanıyın. İşğalı və işğalçını alqışlayanları\”

Açığı orada səsvermədə niyə belə səs verilməsi barədə hər hansı məlumatım yoxdur.
Ermənilərlə işbirliyi içində olan Rövşən Hacıbəyli və məsələni araşdırmadan rəy yazan erməni uşaqları! Əvvəla mən AŞPA-nın son iki sesiyasında ümumiyyətlə iştirak etməmişəm. Yəni Strasburqa getməmişəm. İkincisi, hətta iştirak etsəm belə, əvəzedici heyətdə olduğuma görə səsvermə hüququna malik deyiləm. Üçüncüsü isə, görəsən bu faktlarla tanış olandan sonra Rövşən Hacıbəyli kimi böhtançılar təkzib verib öz əxlaqsızlıqlarını etiraf edəcəklərmi?

İnterpress.az