Övladı xəstə olan ata özünü yandırdı, həkim işdən uzaqlaşdırıldıbackend

Övladı xəstə olan ata özünü yandırdı, həkim işdən uzaqlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumdan bildirilib ki, İsmayılov İmamverdi Səxavət oğlu ilə bağlı hadisənin araşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən komissiya yaradılıb.

“Mərhumun 2015-ci il təvəllüdlü övladının hərarətinin yüksəlməsi səbəbindən iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub.

Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib.

İyunun 28-i saat 00:31-də uşaq 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, yuxarıda qeyd edilən diaqnoz bir daha təsdiqlənib. Uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilməyib.

Baş vermiş hadisə ilə bağlı hazırda Cinayət Məcəlləsinə əsasən cinayət işi başlanılıb. İyunun 28-də mərhumun övladına xidmət göstərən həkim Cəfərov Elxan istintaq müddətində işindən uzaqlaşdırılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl xəstə olan övladını Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirən ata – İmamverdi İsmayılov xəstəxananın həyətində üzərinə benzin tökərək özünü yandırmışdı. O, iyunun 30-da xəstəxanada dünyasını dəyişib.

İnterpress.az