OPEC+ çərçivəsində neft hasilatı daha 9 ay azaldılacaqbackend

OPEC+ çərçivəsində neft hasilatı daha 9 ay azaldılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Rusiya mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksand Novak bildirib.

Bundan əlavə, Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl Falihin sözlərinə görə, sözügedən ölkələr OPEC-in neft hasilatının daha 9 ay ərzində azaldılması qərarına da qoşulublar. “Hasilatın 9 ay ərsində azaldılması saziş razılaşdırılıb, fiziki olaraq 24 OPEC+ ölkəsi tərəfindən Bəyannamə də imzalanıb”, – deyə X. əl Falih əlavə edib.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib.

Qeyd edək ki, OPEC+ çərçivəsində may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirib və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edib.

İnterpress.az