Xəzərin Azərbaycan sektorunda seysmik tədqiqatlar aparılacaqbackend

Xəzərin Azərbaycan sektorunda seysmik tədqiqatlar aparılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Tədqiqat işləri təxminən minimum 3-ölçülü seysmik məlumatın tam 500 qat kvadrat km və təxminən minimum 2-ölçülü seysmik məlumatın tam 800 qat kvadrat km əhatə edilməsindən ibarət olacaq.

Mənbənin məlumatına əsasən, 2-3-ölçülü seysmik tədqiqatın 2019-cu ilin iyul ayında başlanacağı gözlənilir.

“Gəmi olacağı təqdirdə işlər bu ay başlayacaq və 40 gündən artıq bir vaxt intervalını əhatə edəcək”, – deyə mənbə əlavə edib.

Xatırladaq ki, SOCAR və “Equinor” şirkətləri arasında 2018-ci ilin may ayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalanıb.

İnterpress.az