Sabahın hava proqnozubackend

Sabahın hava proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatından bildirilib ki, atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65,
gündüz 30-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)
cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil
edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi
əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyulun 4-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi
şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz
19-24 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
İyulun 04-də Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günorta
saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas
insanlar üçün əsasən əlverişsizdir.

İnterpress.az