MBNP “Optimal Elektronika”nı cərimələyibbackend

MBNP “Optimal Elektronika”nı cərimələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlı olub.

İş Yasamal rayon Məhkəməsində baxılıb. İyunun 27-də məhkəmə qərar qəbul edib. Daha sonra MMC birinci instansiya Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun icraatındadır və məhkəmə prosesi iyulun 4-də keçiriləcək.

İnterpress.az