Avstriyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıbbackend

Avstriyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə Avstriya parlamentinin “Twitter” səhifəsində bildirilib.

Növbədənkənar seçkilərin keçirilməsi haqda qərar parlamentdə yekdilliklə qəbul olunub.

Qeyd edək ki, mayın 27-də Avstriya parlamentinin aşağı palatası kansler Sebastian Kurtsun başçılıq etdiyi hökumətə etimadsızlıqla bağlı səsvermə keçirib. Deputatların əksəriyyəti etimadsızlıq votumunun lehinə səs verib. Bununla əlaqədar, Avstriya prezidenti Aleksandr Van der Bellen kansler S. Kurtsun hökumətini istefaya göndərib.

İnterpress.az