Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Rəqiblərimiz güclü komandalardır”- Ayşən Abduləzimova

“Artıq 10 gündür ki, Olimpiya Təsnifat Turnirinin oyunlarının hazırlıqlara başlamışıq. Qızıl Avropa Liqasından fərqli, milli komandamızın əsas oyunçuları da məşqlərə qoşulub”.

Dərc edilib: 3 iyul 2019 [15:45]
Baxış sayı: 20378

İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

26 yaşlı blokçu yığmamızın Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlığını dəyərləndirib. O bildirib ki, əsas məqsədləri mərhələni birinci yerdə bitirməkdir: “Komandamız Qızıl Avropa Liqasında gənc oyunçulardan təşkil edilmişdi. Həmin yarışda əsas məqsəd onların oyun təcrübələrinin artırılmasına hesablanmışdı. Hazırda isə məşqləri tam heyətlə davam etdiririk. Hazırlıq ərəfəsində bir neçə yoldaşlıq görüşlərində də gücümüzü yoxlayacağıq. Həmçinin bu arada məşqlə də intensivləşib. Rəqiblərimiz güclü komandalardır. Amma biz də qələbə qazanmaq üçün mübarizə aparacağıq. Doğrusu, hər zaman qarşımıza qalib gəlmək hədəfi qoyulur. Əsas məqsədimiz yenə də qrup birincisi olmaqdır. Hər zaman bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan yığması Braziliya, Dominikan Respublikası və Kamerunla birgə D qrupunda yer alıb. Oyunlar avqustun 1-3-də keçiriləcək.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164