“Türkiyə “S-400”ləri ehtiyatda saxlamalıdır”- Mövlud Çavuşoğlubackend

“Türkiyə “S-400”ləri ehtiyatda saxlamalıdır”- Mövlud Çavuşoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu deyib.

Nazir Donald Trampın “G20” Sammitində Türkiyənin “Patriot”ları əldə edə bilmədiyi üçün Rusiyadan “S-400” Zenit-raket kompleksi almağa məcbur olduğuna dair açıqlamasını yüksək qiymətləndirdiklərini vurğulayıb: “Trampın mətbuat konfransında da bu məsələni ayrıca vurğulaması önəmli idi. Düzdür, hər şey Trampın dediyi kimi olmayacaq. Türkiyə təmkinlidir və prosesləri təqib edir”.

Mövlud Çavuşoğlu Türkiyənin “S-400”ləri istifadə etməyəcəyinə dair səslənən fikirlərə də münasibət bildirib: “Bu, hücum sistemi deyil, müdafiə sistemidir. Ona görə kompleksi ehtiyatda saxlamaq lazımdır. Nə zaman Türkiyə üçün təhlükə yaranacaqsa, o zaman istifadə ediləcək. Bu qədər vəsait ödənib deyə, boş yerə istifadə olunmamalıdır”.

İnterpress.az