“Əli Əhmədovun orduya dəstək aksiyasına qosulmuşam”- Komitə sədribackend

“Əli Əhmədovun orduya dəstək aksiyasına qosulmuşam”- Komitə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərmək hər bir vətəndaşın borcudur: “YAP sədrinin müavini Əli Əhmədovun təşəbbüsü cəmiyyət tərəfindən dəstəklənir, müdafiə olunur. Hər bir partiya üzvü də öz imkanı çərçivəsində bu yardım kampaniyasında iştirak edir”.

M. Qurbanlı yardım kampaniyasında iştirak etdiyini qeyd edib: “İndiyə qədər də bu kampaniyada iştirak edirdim. Yardım kampaniyasına YAP üzvləri, millət vəkilləri qoşulub. Əli Əhmədovun təşəbbüsü isə bu istiqamətə bir təkan verdi”.

İnterpres.az