Günəşdə fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb- Rəsədxanabackend

Günəşdə fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb- Rəsədxana

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 km/san-dən 370 km/san-yə qalxıb. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb (Kp=3, 4).

Rəsədxanadan bildirilib ki, proqnoz dövründə (04 – 06 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 4 – 6 iyulda Günəş küləyi parametrlərinin güclənəcəyi proqnozlaşdırılır. Belə ki, Günəş küləyinin sürəti 450-550 km/san diapazonuna kimi arta bilər.

Proqnoz dövründə (04 – 06 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da mənfi qütblü CH HSS effektinin təsiri hesabına fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir (Kp=3, 4). Belə həyəcanlaşmalar əsasən 5 və 6 iyul tarixləri üçün xarakterik olacaq. Maqnit qasırğasının yaranması ehtimalı 4 iyulda 5%-dən, 5 iyulda 20%-dən, 6 iyulda isə 10%-dən aşağı qiymətləndirilir.

İnterpress.az