“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlanıbbackend

“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın klubun saytına istinadən məlumatına görə, “zadəganlar”ın “sükanı arxasına” sabiq futbolçusu Frank Lempard gətirilib.

“Çelsi”nin tarixinə düşmüş oyunçu ilə 3 illik müqavilə imzalanıb. Bu postda \”Yuventus\”a keçən Maurisio Sarrini əvəzləyən sabiq yarımmüdafiəçi yeni klubunda ilinə 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, F. Lempard 2001-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub. 41 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə isə 2018-ci ildə “Derbi Kaunti”də başlayıb.

İnterpress.az