“Barama” fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcəkbackend

“Barama” fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Azercell”dən verilən məlumata görə, İnnovasiyalar Agentliyi Mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivlərinə dəstək verməklə onun idarəetməsini həyata keçirəcək. Bunun nəticəsində təşkilati proseslərin səmərəliliyinin artırılması yolu ilə ölkədə sözügedən sistemin inkişafı üçün əlverişli şəraitin yaradılması və daha geniş imkanların təqdim edilməsi mümkün olacaq.

Qeyd edək ki, hazırda \”Barama\” 15 startapa dəstək göstərməkdədir. 2009-cu ildə “Azercell Telekom” tərəfindən yaradılan \”Barama\” İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə sahibkarlıq mühitinin və startap sisteminin inkişafına öz dəstəyini verib.

İnterpress.az