“Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir”- Səfirbackend

“Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir”- Səfir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, görüşdə Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqının yardımı hesabına Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.

Ölkəmizdə həyata keçirilən layihələrə Avropa İttifaqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Ə. Əhmədov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atıldığını qeyd edib. Baş Nazirin müavini Azərbaycan ilə Aİ arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu deyib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir. O, növbəti illərdə Fəaliyyət Proqramları çərçivəsində AB-nin Azərbaycanda icra olunacaq yeni layihələrinin daha effektiv, səmərəli və vaxtında həyata keçirilməsi üçün zəruri olan işlər haqqında fikirlərini də açıqlayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

İnterpress.az