“Su-27”-lər Qara dəniz üzərində ABŞ kəşfiyyat təyyarələrini yaxalayıbbackend

“Su-27”-lər Qara dəniz üzərində ABŞ kəşfiyyat təyyarələrini yaxalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Tass”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsindən bildirirlib.

Məlumatda qeyd edilib ki, Rusiya qırıcıları həftədə üç dəfə sərhədlərin mühafizəsi məqsədilə uçuşlar edir: “Bu dəfə isə Rusiyanın “Su-27”-ləri Qara və Baltik dənizləri üzərində uçuşlar edən ABŞ Hava Qüvvələrinə məxsus “hədəf”ləri dayandırmağa nail olub. Beynəlxalq qaydalara riayət edərək havaya qalxan “Su-27” qırıcıları döyüş tapşırığını yerinə yetirdikdən sonra geri – öz bazalarına dönüblər”.

Bildirilib ki, rusiya qırıcılarının manevrləri ilə rastlaşan ABŞ kəşfiyyat təyyarələri uçuş istiqamətlərini dərhal dəyişiblər.

İnterpress.az