Xaçmazda taksi sürücüsü boğazından bıçaqlanıbbackend

Xaçmazda taksi sürücüsü boğazından bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onun boğaz və sinə nahiyyəsinə 5 bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Hazırda cinayəti törədən şəxs və şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İnterpress.az