“Fənərbaxça” “Qalatasaray”ın sabiq futbolçusu ilə müqavilə bağlayıbbackend

“Fənərbaxça” “Qalatasaray”ın sabiq futbolçusu ilə müqavilə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, “sarı-lacivərdlilər” Maks Kruse, Allahyar və Murat Sağlamın ardınca Qarri Rodriqeşi də rənglərinə bağlayıb.

Kabo-verdeli vinger Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan icarəyə götürülüb. Müqaviləyə əsasən o, növbəti 2 ildə “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Rodriqeş 2017-2018-ci illərdə “Fənərbaxça”nın əzəli rəqibi “Qalatasaray”da da oynayıb. O, bu komandanın heyətində 61 matça çıxıb və 13 qol vurub.

İnterpress.az