Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hirkan meşələri Dünya İrs siyahısına daxil edilib

Hirkan meşələri İran tərəfindən Dünya İrs siyahısına daxil edilib.

Dərc edilib: 5 iyul 2019 [13:30]
Baxış sayı: 16901

İnterpress.az-ın məlumatına görə, bu qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında verilib.

Nominasiya verilən sahə Xəzər dənizinin sahilindəki zolaqda, 15 km sahədə yerləşir. Hirkan meşələrinin ümumi ərazisi 1 milyon yarım hektar təşkil edir. Burada hazırda 500-ə yaxın quş növü məskən salıb.

Müzakirələrdə Azərbaycan tərəfi də aktiv iştirak edib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov deyib ki, gələcəkdə bu sahənin vahid bölgə kimi nominasiyaya salınmasına çalışılacaq: "Üzv dövləti uğurlu nominasiya münasibəti ilə təbrik edirik. Hesab edirik ki, Hirkan meşəsi müstəsna universal dəyərə malikdir. 2006-cı ildən etibarən qəbul edilmiş qərar əsasında Azərbaycan hökuməti Hirkan meşələrinin qorunması üçün vacib işlər görüb. Bununla əlaqədar Hirkan Milli Qoruğu yaradılıb. Təəssüf ki, biz İranla birlikdə bu nominasiyanı təqdim edə bilmədik. Bu, həmçinin uğurlu əməkdaşlıq ola bilərdi. Bununla yanaşı, biz üzv dövlətlə birlikdə birgə qovluğun hazırlanmasına çox sevinərdik".


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 138