“Equinor” bu ilin IV rübündə “Qarabağ” yatağında ilk qiymətləndirici quyunun qazmasına başlaya bilərbackend

“Equinor” bu ilin IV rübündə “Qarabağ” yatağında ilk qiymətləndirici quyunun qazmasına başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”APA-Economics\”ə Azərbaycanda neft-qaz sektorunda çalışan etibarlı mənbə bildirib.

Qeyd edək ki, bu ilin martında \”Caspian Drilling Company Ltd\” (CDC) və Equinor (\”Equinor Azerbaijan Karabagh BV\”) şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb.

Müqavilə şərtlərinə əsasən, \”Equinor\”un layihə əməliyyatçısı olduğu və SOCAR ilə birgə işlənməsi nəzərdə tutulan \”Qarabağ\” yatağında CDC tərəfindən iki quyu qazılacaq. \”Equinor\” və SOCAR \”Qarabağ\” yatağının işlənməsi üzrə layihədə bərabər paylarla yarı-yarıya iştirak edirlər.

İlk quyu \”Dədə Qorqud\” yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq.

Mənbənin sözlərinə görə, \”Dədə Qorqud\” qazma qurğusunun reaktivasiyası bu ilin sentyabrında başa çatacaq.

“Qarabağ” yatağından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır.

Xatırladaq ki, “Qarabağ” yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la \”Equinor\” şirkətləri arasında imzalanıb.

“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir

İnterpress.az