Fransa və İslandiyanın təqdim etdiyi nominasiyalar Dünya İrs Siyahısına daxil edilibbackend

Fransa və İslandiyanın təqdim etdiyi nominasiyalar Dünya İrs Siyahısına daxil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu qərar Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında verilib.

Fransanın keçmiş Ətraf mühit naziri, hazırda Arktika və Antarktika məsələləri üzrə xüsusi səfiri Seqolen Royal iştirakçılara təşəkkürünü bildirib: \”Ərazisinə görə dünyanın ən böyük qoruğu olan “Fransa Austral torpaqlar və dənizlər”ində 50 milyon quş məskunlaşıb. Qoruqda problemlərin aradan qaldırılması üçün ekoloji və elmi işlər aparmışıq. Bu gün qəbul edilən qərar bizi daha səylə işlər görməyə həvəsləndirir”.

Qeyd edək ki, Tailandın irəli sürdüyü “Ken Kraçan” Milli Parkı ilə bağlı fayl müzakirələrə səbəb olub. Nominasiya ilə bağlı iradlar nəzərə alınaraq üzv ölkələrin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Günün sonunda işçi qrupunun hazırlayacağı qərar layihəsinə baxılması nəzərdə tutulub.

Diqqətə çatdırırıq ki, hazırda qarışıq (mədəni və təbii) irs nümunələrinin müzakirəsi başlayıb. Bu istiqamətdə ilk olaraq Şimali Makedoniya və Albaniyaya məxsus “Ohrid regionunun təbii və mədəni irsi” Dünya İrs Siyahısına daxil edilib.

İnterpress.az