Azərbaycanın işğal olunmuş ərazilərində “Visa” və “Mastercard” ödəniş kartları ilə əməliyyatlar dayandırılıbbackend

Azərbaycanın işğal olunmuş ərazilərində “Visa” və “Mastercard” ödəniş kartları ilə əməliyyatlar dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın MBNP-yə istinadən verdiyi məlumata görə, bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palata tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirə salınmadan dayandırılması diqqətə çatdırılıb.

Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.

Palata olaraq ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi daim monitorinq olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

İnterpress.az