“Keşlə” Tərlan Əhmədovla yeni müqavilə imzaladıbackend

“Keşlə” Tərlan Əhmədovla yeni müqavilə imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha birillik əməkdaşlıq müqaviləsi imzalanıb.

Yeni mövsümdə T.Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.

Qeyd edək ki, T.Əhmədovun rəhbərliyi altında “Keşlə” sonuncu pilləni tutsa da, klub ona növbəti dəfə etimad göstərib.

Interpress.az