Erməni partiya sədri ABŞ senatoruna 907 saylı qətnamə ilə bağlı müraciət edibbackend

Erməni partiya sədri ABŞ senatoruna 907 saylı qətnamə ilə bağlı müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan ABŞ-ın müstəqilliyinin 243-cü ildönümü ilə əlaqədar təbrik məktubu ünvanlayıb.

Məktubda ABŞ xalqını müstəqillik günü münasibətilə təbrik edən partiya sədri iyulun 4-də yalnız amerikalılar üçün yox, bütün azad dünya, xüsusilə azadlıq uğrunda mübarizə aparan xalqlar üçün bayram olduğunu qeyd edib.

O, erməniləri məhz belə xalqlardan biri kimi qələmə verib. Qazinyan ABŞ ilə sabit və ardıcıl inkişaf münasibətlərini erməni xalqının və dövlətinin maraqlarından irəli gəldiyini vurğulayıb.

“Yalnız təbriklərlə kifayətlənə bilməyəcəm, Ermənistan-ABŞ münasibətlərinin inkişafına töhvə verilməsi üçün konkret təkliflərlə çıxış etməliyəm. Bu missiya çərçivəsində bu günlərdə ABŞ Senatının Respublikaçılar partiyasının rəhbəri senator Mitçel Makkonelə rəsmi müraciət etmişəm. Müraciətimdə ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilən “Azadlığa dəstə aktı”nın 907-ci qətnaməsinin tam yenidən başlanması ətrafında ABŞ Senatında müzakirələrə təşəbbüs göstərilməsini tələb etmişəm.

İnterpress.az