“Google”dan Krım qərarıbackend

“Google”dan Krım qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, saytları vasitəsilə “Google”da reklam vermək istəyən bloqqerlərə “Google AdSense”də olan bütün hesabları bağlanacağı barədə məlumat gəlib.

“Sizin hesabınız Krımda yerləşir. Bir həftə əvvəl qüvvəyə minən sanksiyalarla əlaqədar “AdSense”lə əməkdaşlıq mümkün deyil” deyə məlumatda bildirilib.
Məktubda həmçinin vurğulanıb ki, “Google” akkauntlara görə ödənilməyən məbləğləri köçürə bilməyəcək.

Xatırladaq ki, ABŞ Rusiyanın Krımı işğal etməsi və Ukraynanın şərqindəki hərbi əməliyyatlarda iştirakına görə bu ölkəyə sanksiyalar tətbiq edib. Qərb şirkətlərindən Krımla əlaqələri kəsmək tələb olunub.

İnterpress.az