ABŞ-da güclü zəlzələ baş veribbackend

ABŞ-da güclü zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Los-Ancelesdən 193 km şimalda, onun ocağı 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində bəzi binalara ziyan dəyib. Bir nəfərin yüngül xəsarət aldığı deyilir.

Los-Anceles hava limanının rəhbərliyi öz açıqlamasında bildirib ki, təbii fəlakət təyyarələrin iş qrafikinə təsir etməyib.

Bu, son günlərdə bu bölgədə baş vermiş ikinci zəlzələdir. İyulun 4-də burada 6,6 maqnitdualı zəlzələ baş vermişdi. Həmin zəlzələ Rickrest şəhərindən 18 km şimal-qərbdə, 8,7 km dərinlikdə qeydə alınmışdı.

İnterpress.az