Xarici işlər naziri Sakit Okean Alyansının 14-cü Zirvə toplantısında çıxış edibbackend

Xarici işlər naziri Sakit Okean Alyansının 14-cü Zirvə toplantısında çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-in mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Nazir, ölkəmizin enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.

Nazir, regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb və münaqişənin həlli istiqamətində böyük səylər sərf edən ölkəmizin eyni zamanda qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Qeyd edək ki, 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa Birliyinin və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir.

Qrup ölkələrinin toplam ümumi daxili məhsulu dünya iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.

İnterpress.az