“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” – Alman deputatı:backend

“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” – Alman deputatı:

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının (parlament) hakim Xiristian Demokratlar Partiyasından olan deputatı Mark Hauptmann bildirib.

O qeyd edib ki, bu kimi qarşılıqlı diqqət ikitərəfli münasibətlərin dərinləşməsində böyük rol oynayır: “Almaniya-Azərbaycan iqtisadi dialoquna start verdik. Buna görə dialoq və tərəfdaşlıq üçün əsaslarımız var. Bir tərəfdən TAP və TANAP-dan ibarət olan Cənub Qaz Dəhlizi nəhəng potensiala malikdir və Avropa qaz təchizatını təkmiləşdirir. Digər tərəfdən, yenilənən enerji mənbələri Azərbaycanda var və bunlardan istifadə etmək olar. Polimerlərin və neft məmulatlarının istehsalı da maraqlı mövzudur. Əlavə etmək olar ki, turizm və kənd təsərrüfatı sahəsi də hər iki tərəfin işləyə biləcəyi sahələrdir\”.

M.Hauptmann vurğulayıb ki, alman Bundestaqı Dağlıq Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə həll olunmasına çağırır: \”Biz istəmirik ki, qan tökülsün və insanlar həlak olsun. Buna görə də Azərbaycanın beynəlxalq suverenliyi tanınsın, çünki Qarabağ Azərbaycanın tərkib hissəsidir, buna görə biz Minsk prosesi əsasında yeni impluslar verməliyik və öz doğma yurdundan qovulmuş Azərbaycan vətəndaşları doğma torpağlarına qayıtmaq imkanı əldə etsinlər”.

İnterpress.az