Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Karateçilərimiz dörd medal qazanıblar

İyirmi bir yaşadək gənclərdən ibarət karate üzrə Azərbaycan milli komandasının üzvləri Hümmət və Ramil Baxşəliyev qardaşları Dünya Karate Federasiyasının WKF Kuboku turnirində və Gənclər Liqası yarışında uğurla çıxış edərək mükafatçılar sırasında yer alıblar.

Dərc edilib: 6 iyul 2019 [14:04]
Baxış sayı: 14906

İnterpress.az xəbər verir ki, iyulun 4-5-də Xorvatiyanın Umaq şəhərində keçirilən WKF Kubokunda H.Baxşəliyev (67 kq, yuxarı yaşlılar) qızıl, R.Baxşəliyev isə liqa yarışlarında 14-15 yaşlı yeniyetmələr arasında 52 kiloqram çəki dərəcəsində bürünc medal qazanıblar.

Qeyd edək ki, yarışın birinci günündə WKF Kuboku turnirində Murad Hacızadə (+84 kq) birinci, Fidan Teymurova (50 kq) isə üçüncü yeri tutublar. Bununla da karate komandamızın qazandığı medalların sayı dördə çatıb.

İyulun 6-da daha bir neçə idmançımız tatami üzərinə çıxacaq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 138