Ermənistanın ATƏT PA-da növbəti uğursuzluğubackend

Ermənistanın ATƏT PA-da növbəti uğursuzluğu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İntrerpress.az xəbər verir.

Xatırladaq ki, dünən, Komitə iclasının açılışı günündə irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunulub. Təklif olunmuş yekun qətnaməyə düzəlişlər Ermənistan və Azərbaycan nümayəndələri arasında kəskin debatlara səbəb olub.

Ermənistan nümayəndə heyəti qətnamə layihəsində Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün dəstəklənməsindən bəhs edilən 19-cu paraqrafından “Azərbaycan“ sözünün çıxarılmasına cəhd göstərdi, lakin bu cəhd baş tutmadı. Bunun ardınca Ermənistan nümayəndə heyəti həmin dövlətlərin hər birinin adbaad xatırladılmadığı, yalnız Helsinki Yekun Aktının prinsiplərinə istinad olunduğu düzəliş edilməsi yolu ilə “hesabı bərabərləşdirməyə” çalışdı, lakin bu cəhd də uğursuz oldu.

Deputatlar Ermənistan nümayəndəsi Hayk Koncoryanın təklif etdiyi düzəlişi, habelə təşəbbüskarlarından biri deputat Tiqran Urixanyan olan növbəti düzəlişi də rədd etdilər və 19-cu paraqraf əvvəlki redaksiyada saxlanıldı. Qətnamənin müəllifi Alan Farrell özü də ermənilərin təklif etdiyi düzəlişlərin əleyhinə səs verdi.

Beləliklə, Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, ATƏT PA Komitə iclasında Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və bu dövlətlərin sərhədlərinin toxunulmazlığını növbəti dəfə dəstəklədi.

İntrerpress.az[b][/b]