Miopiya haqqında maraqlı faktlarbackend

Miopiya haqqında maraqlı faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Mərkəzi Neftçilər Xəstəxanası oftalmologiya şöbəsinin müdiri Elşən İbrahimov məlumat verib.

Mütəxəssis bildirib ki, miopiyanın əməliyyat edilməsi üçün müəyyən şərtlər var: “Gözdibi sinir təbəqəsində daha çox incəlmələr olur. İncəlmələr olan təbəqədə dəliklər açılır. Dəliklərdən həmin təbəqənin altına maye dolarsa, təbəqə qopur və korluğa səbəb olur. Ona görə də hər altı aydan bir xəstə müşahidə altında saxlanılır, göz dibindəki sinir təbəqəsi müayinə edilir. Hansısa dəyişiklik olarsa, ciddi fəsadların olmaması üçün onu vaxtında lazerlə möhkəmləndirmək lazımdır. Problem olmadığı təqdirdə gözün qırıcılığını tənzimləmək üçün buynuz qişanın qalınlığı ölçülür. Buynuz qişanın qalınlığı xəstənin gözündəki dioptriyaya uyğundursa, o zaman əməliyyat aparmaq olar. Müəyyən hallarda miopiyanın geri qayıtması mümkündür.

Xəstəliyin yaranmasına əsasən irsi faktorlar təsir göstərir. Lakin gözün quruluşu ilə əlaqədar də miopiya yarana bilər. Gözün arxa divarında problemlər yaranarsa, süni miopiyalar yaranması mümkündür. Lakin hər hansı bir travma miopiyaya səbəb olmur. Gözün buynuz qişasında problemlər yaranması nəticəsində astiqmatizm əmələ gəlir. Bununla yanaşı, miopiya ilə doğulan uşaqlar da ola bilər. Həmçinin telefona, planşetə və televizora yaxın məsafədən baxılması miopiyaya meyillilik yaradır”.

İnterpress.az