Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gürcüstanda “Hollywood” filmi çəkiləcək

Gürcüstanda “Hollywood” filminin çəkilişləri aparılacaq.

Dərc edilib: 6 iyul 2019 [14:54]
Baxış sayı: 16698

İnterpress.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, ekran əsəri “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində lentə alınacaq.

Filmin çəkilməsi barədə qərar ABŞ-dan olan nümayəndə heyətinin aprelin 26-dan mayın 2-nə qədər Gürcüstana səfəri çərçivəsində qəbul olunub. Yaradıcı heyət səfər zamanı Gürcüstanın bir neçə bölgəsinə baş çəkib və ölkədə kino istehsalının imkanları ilə tanış olub.

Qeyd edək ki, “Gürcüstanda çək” dövlət proqramı ölkədə çəkilişlərə sərf olunan xərclərin 20-25%-nikinoistehsalçılara geri qaytarır. Proqramın məqsədi Gürcüstanda film sənayesinin inkişafına dəstək və beynəlxalq film istehsalçılarının ölkəyə cəlb olunmasıdır.

Proqrama 26 müraciət daxil olub ki, onlardan 15-i başa çatdırılıb, 11 layihə üzrə isə çəkilişlər davam edir. Layihələrə 67 mln. laridən çox vəsait xərclənib və 8 mindən çox iş yeri yaradılıb.

Bu proqram çərçivəsində Gürcüstanda artıq Hindistan filmi, Çin mini-serialı lentə alınıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 138