Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"ABŞ-a 8,2 milyard dollar sərmayə yatırılıb" - Samir Şərifov

"ABŞ və Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur".[b][/b]

Dərc edilib: 6 iyul 2019 [15:40]
Baxış sayı: 16271

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda ABŞ-ın 243-cü Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial iqtisadi dialoqun genişlənməsi əlaqələrin inkişafına töhfə verir.

Onun sözlərinə görə, ABŞ Cənub Qaz dəhlizi daxil olmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir.

Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar təşkil edib. İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar investisiya yatırıb, Azərbaycan isə ABŞa 8,2 milyard dollar sərmayə yatırıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 138