Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Avropa XİN rəhbərləri ilə görüş keçiriləcək - İran XİN

"Fransa və İran prezidentləri arasında telefon danışığı konstruktiv olub".

Dərc edilib: 7 iyul 2019 [13:58]
Baxış sayı: 18175

İnterpress.az-ın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran xarici işlər nazirinin müavini Abbas Arakçı bildirib.

A. Arakçı deyib ki, yaranmış durumdan məntiqi çıxış yolu tapılana qədər danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Xarici işlər nazirinin müavini iyul ayında İran və Hərtərəfli Birgə Fəaliyyət Planına imza atmış Avropa ölkələrinin xarici işlər nazirləri arasında görüş keçiriləcəyini də bildirib.

Qeyd edək ki, İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron arasında dünən telefon danışığı olub. Elisey Sarayının yaydığı məlumatda bildirilib ki, Fransa Prezidenti iranlı həmkarı ilə danışıqların bütün tərəflərlə bərpa olunmasının şərtləri barədə məsələni iyulun 15-dək öyrənməyə razılaşıb

Qeyd edək ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 gün ərzində yerinə yetirməyəcəyini bəyan edib. İran bu gün sabahdan başlayaraq uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başlayacağını açıqlayıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 189