“Qəbələ” Ukrayna klubunu məğlub edibbackend

“Qəbələ” Ukrayna klubunu məğlub edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi Ukraynanın “Mariupol” klubu ilə görüşüb.

“Qırmızı-qaralar” matça aşağıdakı start heyəti ilə başlayıb: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

Hendek Atatürk Stadionunda baş tutan qarşılaşmada üç qol vurulub. Bütün toplar ilk 45 dəqiqəyə təsadüf edib. Ülvi İsgəndərli 2-ci, Roman Hüseynov 17-ci dəqiqədə ukraynalıları məyus edib. Mariupolun eyniadlı təmsilçisi yalnız 34-cü dəqiqədə hesabda fərqi minimuma endirib. Bu qola penaltini dəqiq yerinə yetirən “Qəbələ”nin sabiq futbolçusu Ruslan Fomin imza atıb.

İkinci hissəsi qolsuz başa çatan oyun Sənan Qurbanovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” qonşu ölkədə daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız iyulun 11-də digər Ukrayna təmsilçisi “Vorskla” ilə üz-üzə gələcəksə, ayın 17-dəki rəqib hələ dəqiqləşməyib.

İnterpress.az