Türkanda velosipedçi yol qəzasının qurbanı oldubackend

Türkanda velosipedçi yol qəzasının qurbanı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, iyulun 7-də saat 21 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Cəniyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən paytaxt sakini Kamran Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

İnterpress.az