Rusiyada “Azərbaycan Şərab Evi” açılıbbackend

Rusiyada “Azərbaycan Şərab Evi” açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, bu, Azərbaycanın xarici ölkələrdə açılan 3-cü Şərab Evidir.

“Azərbaycan Şərab Evi”nin açılışında İqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olub, onlara Azərbaycan şərabları barədə geniş məlumat verilib. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və sair təqdim edilir. Şərab Evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə yaradılmış “Azərbaycan Şərab Evi” yerli məhsullarımızın ixracının dəstəklənməsi, \”Made in Azerbaijan\” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Rusiyada “Azərbaycan Şərab Evi” açılıb

Rusiyada “Azərbaycan Şərab Evi” açılıb

Rusiyada “Azərbaycan Şərab Evi” açılıb

Rusiyada “Azərbaycan Şərab Evi” açılıb

İnterpress.az