Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin çəkisi 65,7 faizə yüksəlibbackend

Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin çəkisi 65,7 faizə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən İnterpress.az-a bildirilib ki, qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3 faizi ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artımı tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.

Yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3 faiz, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7 faiz, istehsalda isə 30,1 faiz artıb.

Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9 faizdən 83,6 faizə, istehsalda isə 65,7 faizdən 75,4 faizə yüksəlib.

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7 faizə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8 faiz), ticarətdə (43,7 faiz), rabitədə (24,2 faiz), sənayedə (16,9 faiz) və digər fəaliyyət sahələrində (29,9 faiz) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq 70,1 faiz və 56,3 faiz artmasıdır.

İnterpress.az