Qurban bayramında heyvan kəsimi üçün çadırlar qurulacaqbackend

Qurban bayramında heyvan kəsimi üçün çadırlar qurulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, Bakıda və regionlarda bayram vaxtı heyvan kəsimi ilə bağlı çadırlar quraşdırılacaq:

“Bu çadırlar, heç olmasa, minimum standartları özündə cəmləşdirən heyvan kəsimi çadırları olmalıdır”.

AQTA sədri vurğulayıb ki, Qurban bayramında bir çox yerlərdə heyvan kəsimi ilə bağlı vəziyyət sözün əsl mənasında biabırçılıqdır. Bu, istənilən xəstəliyin yayılmasına səbəb ola bilər.

İnterpress.az