Boris Conson “Breksit” naminə İcmalar palatasının işinin dayandırılmasını mümkün sayırbackend

Boris Conson “Breksit” naminə İcmalar palatasının işinin dayandırılmasını mümkün sayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Mühafizəkarlar partiyasının lideri və baş nazir postları uğrunda mübarizə aparan Boris Conson “Breksit” prosesini qanunvericilərin müdaxiləsindən qorumaq və ölkənin 31 oktyabrda AB-dən çıxışını təmin etmək məqsədilə Nümayəndələr palatasının işinin dayandırılmasının mümkünlüyünü növbəti dəfə istisna etməyib.

İnterpress.az xəbər verir ki, Conson öz mövqeyini “iTV” telekanalında rəqibi Ceremi Hantla apardığı teledebatda ortaya qoyub.

“Düşünürəm ki, AB ilə danışıqlar prosesinin hazırkı mərhələsində növbəti dəfə öz mövqeyini zəiflətmək Böyük Britaniya üçün tamamilə qeyri-təbii olardı”, – Conson belə deyib.

İnterpress.az