Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"UNESCO-nun sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi əlamətdar haldır" - Nazir

"UNESCO-nun sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi əlamətdar haldır".

Dərc edilib: 10 iyul 2019 [15:38]
Baxış sayı: 9559

İnterpress.az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, belə tədbirlərin keçirilməsi üçün hər zaman ciddi mübarizə aparılır: "Azərbaycanın son illər beynəlxalq tədbirlərin keçirilməsində ciddi uğurları olmasaydı, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu cür tədbirlərə diqqət göstərməsəydi, sözsüz ki, bu tədbirin də Bakıda keçirilməsi mümkün olmazdı. UNESCO-nun sülhməramlı səfiri Mehriban xanım Əliyevanın da bu tədbirin Bakıda keçirilməsində nüfuzu danılmazdır. Ona görə də ötən il Bəhreyndəki sessiyada UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərar verildi".

Nazir qeyd edib ki, UNESCO-nun sessiyasının Bakıda keçirilməsinin iki xüsusiyyəti var: "Əvvəla bura təşrif buyuran insanlar ən hörmətli insanlardır. Onlar hər biri öz sahələrinin ciddi mütəxəssisidirlər. Ona görə də bu mütəxəssislərin Azərbaycana gəlməsi, bizim tarixi məkanlara, qoruqlara baxış keçirmələri bizim üçün əhəmiyyətli idi. İkinci xüsusiyyət ondan ibarətdir ki, bu tədbir təkcə Azərbaycan üçün əhəmiyyətli deyildi. Digər ölkələrlə bağlı da vacib qərarlar verildi. Təxminən 150-dən çox ölkə sessiyada iştirak edirdi. Bu ölkələrin hər birinin mətbuatında Azərbaycanla bağlı məlumatlar verildi. Bundan başqa, sessiya əvvəldən axıra qədər şəffaf şəkildə keçirildi. Toplantıların hər biri canlı olaraq yayımlanırdı".

Ə. Qarayev on gün müddətində komissiyanın 166 məkana baxış keçirdiyini vurğulayıb: "Onlardan 36-sı yeni nominasiya idi. Sessiyada yeni nominasiyalarla yanaşı, onların mövcud vəziyyəti və araşdırmaçı missiyaların vəziyyəti müzakirə olundu. Bu təcrübədən biz dərs çıxarmalıyıq. Çünki biz Şəkinin Dünya İrs siyahısına salınmasına nail olduq. Lakin bu o demək deyil ki, istədiyimizi tam əldə etdik. Bundan sonra biz Şəkinin inkişafını, onun konservasiyasını tam təmin etməliyik. Biz gərək gələcəkdə bu prosesdə lazımi şəkildə monitorinq edək. Sakinlərdən tutmuş şəhərin rəhbərliyinə qədər bütün işləri yüksək səviyyədə aparaq, çünki hər il bu komissiyalar gəlib Şəki ilə bağlı vəziyyəti öyrənəcək".

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 188