ABŞ-ın neft ehtiyatlarının azalması neftin qiymətlərinə müsbət təsir edibbackend

ABŞ-ın neft ehtiyatlarının azalması neftin qiymətlərinə müsbət təsir edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, belə ki, xəbər yazıldığı an ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,22% artaraq 1 barelə görə 64,94 dollar təşkil edib.

Bundan əlavə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,76% artaraq 58,85 dollar təşkil edib.

Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (1-5 iyul) yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 8,1 mln. barel azalaraq 461,4 mln. barel təşkil edib.

İnterpress.az