Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türkiyə ABŞ-ı ikitərəfli münasibətlərə zərər vuracaq addımlardan çəkinməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Birləşmiş Ştatlara müraciət edərək ikitərəfli münasibətlərə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb.

Dərc edilib: 10 iyul 2019 [17:37]
Baxış sayı: 12817

İnterpress.az "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, bu müraciət ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Morqan Ortequsun Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin Türkiyəyə gətiriləcəyi təqdirdə Ankaranı mənfi nəticələr gözləyəcəyi barədə şərhindən sonra səsləndirilib.

“İyulun 9-da ABŞ Dövlət Departamenti mətbuat katibinin S-400 komplekslərinə dair səsləndirdiyi bəyanat G20 sammitində prezidentlərimiz arasında aparılan danışıqların ruhuna uyğun gəlmir. Biz ABŞ-ı ikitərəfli münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq”, - Türkiyə XİN-in bəyanatında belə deyilir.

Hami Aksoy, həmçinin Türkiyəni S-400 zenit raket komplekslərini almağa vadar edən müəyyən səbəblərin mövcudluğunu da xatırladıb.

“ABŞ Prezidenti Donald Tramp G20 sammitinin gedişində bu məsələdə Türkiyə ilə ədalətli davranılmadığı faktını təsdiqləyib”, - deyə xarici siyasət idarəsinin nümayəndəsi əlavə edib. O, eyni zamanda Şimali Atlantika Alyansının iştirakı ilə S-400 komplekslərinin F-35 təyyarələrinə zərər vuracağı barədə Birləşmiş Ştatların narahatlığının müzakirə olunacağı işçi qrupunun yaradılması barədə Türkiyənin təklifinə ABŞ-ın hələ də reaksiya vermədiyini vurğulayıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket kompleksləri alınması Türkiyə və ABŞ arasında qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini satın almağı tələb edib. Əks-halda F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının dayandırılacağını istisna etməyib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179