Bakıda dislokasiya olunan təsərrüfat subyektlərinin 24 faizində nöqsan aşkarlanıb – Nazirlikbackend

Bakıda dislokasiya olunan təsərrüfat subyektlərinin 24 faizində nöqsan aşkarlanıb – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin Media və kommunikasiya mərkəzindən İnterpress.az-a bildirilib ki, nöqsanların əksəriyyəti VÖEN-i olan hüquqi və fiziki şəxslərin təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanında qeydiyyata alınmadan fəaliyyət göstərməsi ilə bağlıdır. Uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş fiziki şəxslərdən 746-nın VÖEN qeydiyyatı aparılıb və uçot vahidləri bərpa olunub, uçotsuz təsərrüfat subyektlərindən (obyektlərdən) 2 min 532-nin qeydiyyata alınması təmin edilib. Baza məlumatları üzrə fəaliyyəti dayandırılmış, lakin faktiki fəaliyyət göstərdiyi müəyyən edilən 2127 vergiödəyicisinin 19 faizinin fəaliyyəti aktivləşdirilib, 1156 obyektdə nəzarət-kassa aparatı, 1201 obyektdə POS-terminal quraşdırılıb.

Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb olunmasının qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini də gücləndirib. Departamentin gördüyü işlər nəticəsində 3557 vergi dəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 11 min 710 işçi ilə əmək müqaviləsi bağlanılıb.

Sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsinə baxmayaraq, Bakı şəhəri ərazisində departamentdə qeydiyyatda olan vergiödəyiciləri üzrə büdcə daxilolmalarında bu vergi növündə əhəmiyyətli artım qeydə alınıb.

İnterpress.az