Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Hadisə   Dünya  

Pakistanda qəza: 13 nəfər ölüb, 67 nəfər yaralanıb

Pakistanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 13 nəfər ölüb, 67 nəfər xəsarət alıb.

Dərc edilib: 11 iyul 2019 [12:23]
Baxış sayı: 5499

İnterpress.az RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Pəncab əyalətində baş verib.

Pakistanın Kvetta şəhərindən Lahora sərnişin daşıyan qatar Rəhimyar-Xar şəhərində dayanmış qatara çarpılıb. İlkin məlumata görə, sərnişin qatarı öz yolu ilə hərəkət etmirmiş.

Xəsarət alanların 11-i uşaqdır.

Ölənlərin sayının artacağı istisna deyil. Hadisənin səbəbi araşdırılır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179