İnterpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Bojoviçi heyətinə qatıb. Monteneqrolu müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun “Rudar”, Belçikanın “Sporting Charleroi” və “Waasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Gyirmot və “Ujpest” komandalarında çıxış etmişdir. Müdafiəçi mövqeyində oynayan M.Bojoviçin son klubu “Ujpest” olmuşdur.
İnterpress.az