Yunanıstanda fırtına olub: 6 nəfər ölüb, 108 nəfər yaralanıbbackend

Yunanıstanda fırtına olub: 6 nəfər ölüb, 108 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə “ERT” dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətlər Yunanıstanın şimalında, xüsusi ilə Halkidiki turizm bölgəsində baş verən fırtına insan ölümünə və dağıntıya səbəb olub.

Məlumata görə, 4-nün vəziyyəti ağır olmaqla 108 nəfər yaralanıb.

Selanik yaxınlığındakı fırtına nəticəsində 2-si uşaq olmaqla 6 nəfər ölüb. Ölənlər Çexiya, Rumıniya və Rusiya vətəndaşı olan turistlərdir.

Yeni ictimai təhlükəsizlik naziri Mixalis Xrisohoidis deyib ki, bölgədə güclü külək və fırtına insanların ölümünə səbəb olub.

İnterpress.az